Mərakeş Səhiyyə Nazirliyi ölkədə ilk meymunçiçəyi virsunun aşkar edildiyini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, xəstəliyə yoluxmuş şəxsin Mərakeşdəki tibb mərkəzlərindən birində müalicə aldığı, xəstənin səhhətinin stabil olduğu, narahatlığa əsas olmadığı, lazımi müalicənin aparıldığı və ona qapalı tibbi yardım göstərildiyi bildirilib.
Açıqlamada, həmçinin tibb qruplarının milli və beynəlxalq sağlamlıq standartlarına uyğun olaraq təcrid prosedurlarına başladığı bildirilib.