Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının idarə heyətinin sədri Ayaz Hüseynovun bildirdiyinə görə, "ANA & BALA 6 Sağlamlıq Yay Düşərgəsi" çərçivəsində uşaqlar və valideynlər üçün səhər idmanına xüsusi diqqət ayrılır. Düşərgədə səhər idmanı ənənəyə çevrilib və valideynlərə tövsiyə edilir ki, bu sağlam həyat tərzi uşaqların il boyunca davam etsin.
QHT.az xəbər verir ki, Ayaz Hüseynovun qeyd etdiyi kimi, düşərgənin əsas məqsədi uşaqların sağlam böyüməsini dəstəkləmək və biliklərin paylaşılmasını təmin etməkdir. Bununla yanaşı, uşaqların asudə vaxtlarının səmərəli, yadda qalan və əyləncəli keçməsi də prioritetlərdən biridir.