AZ

Bu siyasətçi də partiyasından İSTEFA verdi - FOTO

Türkiyənin müxalifət partiyalarından olan İYİ Partiyadan daha bir deputat ayrılıb.

Bakıvaxtı.az xəbər verir ki, partiyanın sədr müavini, İzmir deputatı Ümit Özlale istefa verib.

O, qərarını sosial şəbəkə hesabında açıqlayıb:

"Bu gündən etibarən partiyadakı vəzifələrimdən və partiyamdan istefa verdiyimi ictimaiyyətə elan edirəm". 

Beləliklə, Ümit Özlalenin istefasının ardından İYİ Partiyanın deputat sayı 30-a düşüb. Xatırladaq ki, ötən həftə də partiyanın Kayseridən seçilən deputatı Dursun Ateş istefa verdiyini açıqlayıb. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
bakivaxti.az

1Mənbələr