AZ

İlon Mask süni intellektdən qorxur

İlon Mask süni intellektin insan həyatının mənasını əlindən alacağını söyləyib.

“Tesla” şirkətinin baş direktoru İlon Mask All Sammitindəki çıxışında bildirib ki, çox yaxın gələcəkdə insanlar süni intellekdə və robototexnika sahəsində irəliləyişlərə görə həyatlarına məna vermək üçün yeni yollar tapmalı olacaqlar.

Amerikalı milyarderin sözlərinə görə, bu cür davam edən müasir texnologiyanın inkişafı sayəsində insan əməyinə ehtiyac aradan qalxacaq.

“Məncə, əsl problem süni intellektin edə biləcəyimiz hər şeyi, ancaq daha yaxşısını edə bildiyi bir dünyada həyatın mənasını necə tapmaqdır, ancaq tapa biləcəyikmi? Bu, bəlkə də daha ciddi işdir” – deyə İlon Mask bildirib.

Amerikalı milyardçı daha sonra xatırladıb ki, ötən vaxtlarda yenilik kimi həyatımıza daxil olan kompüterin insan söhbətlərini təqlid etmək qabiliyyətini qiymətləndirə biləcək, əsas etalon sayılan “Turing” testi də artıq aktual deyil.

“Getdikcə yaşlılarla daha çox ünsiyyətdə oluram və təqaüdə çıxmış belə insanları düşüncələrinə görə yaxşı tanıyıram. Belə adamlar bu dövrü, bu həyatı bəyənsələr də düşünürəm ki, mütləq hansısa məna böhranı olacaq. Bəlkə də mənasızlıq baş alıb gedəcək” – deyə sahibkar qeyd edib.

Maskın sözlərinə görə, əslində avtonom avtomobillər, həmçinin də insanabənzər robotlar iqtisadi artımı və məhsuldarlığı yüksək səviyyədə artırmağı bacaracaqlar. Bununla da gələcəyin humanoid əhalisi insanlarla müqayisədə iki dəfə artmaqla çoxalacaqlar.

Xatırladaq ki, bu ilin may ayında “Tesla” şirkətinin sahibi, milyarder İlon Mask süni intellekti əsas qorxusu adlandırmışdı.

Oqtay Qorçu

Seçilən
135
azpost.info

1Mənbələr