"Danışıqlar yolu ilə siyasi nizamlanma ideyasının irəli sürülməsi Fələstin-İsrail və Ukrayna münaqişələrinin həllinin yeganə yolu sayılır".
Bu fikri Çinin müdafiə naziri Donq Jun Sianşan Forumunda deyib.
“İstənilən münaqişənin son nöqtəsi onun sülh yolu ilə həlldir. Biz masası arxasına nə qədər tez oturub danışmağa başlasaq, sülh bir o qədər tez gələcək və Ukrayna böhranı, Fələstin-İsrail münaqişəsi kimi aktual məsələlər öz həllini tapacaq”, - Çinin müdafiə naziri bildirib.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişib. Amma Ukrayna qoşunlarının ilk dəfə olaraq Rusiya ərazisinə girib Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.
Tural