AZ

Times: Bayden Qərbin Rusiyaya raket zərbələri endirməsinə icazə verəcək

“Scalp” raketlərinin Rusiya ərazisinin dərinliklərinə endirilməsi üçün istifadəsinə mane olmayacaq. Eyni zamanda, Amerika lideri ATACMS raketlərinin zərbələr üçün istifadəsinə icazə verməyəcək.


Sfera.az xəbər verir ki, bu barədə "Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.


Nəşrin məlumatına görə, Bayden Böyük Britaniya və Fransanın belə bir ssenaridə maraqlı olması şərti ilə Rusiya ərazisinin dərinliklərində yerləşən hədəflərə zərbələr endirmək üçün “Storm Shadow” və “Scalp” raketlərinin istifadəsinə etiraz etməyəcək.
 

Britaniya hərbi dairələrindəki mənbənin qəzetə verdiyi xəbərə əsasən, Londonun Ukraynanın Rusiya ərazisinə dərindən zərbələr endirməsinə icazə vermək qərarına gəlmək üçün digər Qərb dövlətlərinin dəstəyinə ehtiyacı yoxdur.
 

İnci

Sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
sfera.az

1Mənbələr