12.09.2024-cü il tarixdə saat 15:30 radələrində 1992-ci il təvəllüdlü, Saatlı rayon sakini Əskərov Elşən Seyfulla oğlu nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, idarə etdiyi "VAZ 21061" markalı avtomobil ilə yaşadığı evin həyətindən çıxdığı vaxt arxaya sürərkən 2022-ci il təvəllüdlü oğlu Sənan Əskərovun avtomobilin altında qalması nəticəsində aldığı xəsarətlərdən ölüb.
APA xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.
Faktla bağlı Saatlı RPŞ-də CM-nin 263-1.3-cü maddəsi ilə cinayət işi başlanılmaqla istintaq aparılır.