AZ

Kriştiano Ronaldo uşaqlıq kumirlərini açıqlayıb

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştiano Ronaldo uşaqlıq kumirlərinin adlarını açıqlayıb.

İdman.biz xəbər verir ki, portuqaliyalı ulduz onların braziliyalı əfsanələr - Ronaldo və Ronaldinyonun olduğunu bildirib.

O, hər iki futbolçunun oyunlarına baxaraq böyüdüyünü etiraf edib: “Mən müqayisələri sevmirəm. Onu deyə bilərəm ki, onlar futbola miras qoyublar. Onlardan daha çox fərdi titul qazanmışam, lakin amerikalı əfsanələr Dünya Kubokunu qazanıblar. Bu oyunçulara həqiqətən heyranam. Mən onların oyunlarına baxaraq böyümüşəm. Hansının daha yaxşı olması o qədər də vacib deyil”.

Qeyd edək ki, Ronaldonun "Əl-Nəsr"lə müqaviləsi 2025-ci ilin yayına qədərdir. Futbolçunun transfer dəyəri 15 milyon avro olaraq qiymətləndirilir.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
1
idman.biz

2Mənbələr