AZ

Yaponiya 39-cu ildə SSRİ-yə niyə hücum etməyib?- FSB

İctimaiyyətə açıqlanan sənədlərdə qeyd edilib ki, 1939-cu ilin yazında faşist Almaniyası SSRİ ilə müharibəyə başlamaq üçün Yaponiyadan istifadə etmək istəyib.

Rəsmi Berlinin əsas istəyi Tokyonun Sovet İttifaqına hücum etməsi imiş. Almanlar bununla da Moskvanı silahlı qüvvələrin bir hissəsini şərqə çəkməyə məcbur etməyə çalışacaqmış.

Liderlərə sui-qəsdlər: Hamıda hİTler bəxti olmur...
Yaranacaq gərginlikdən istifadə edən Almaniya qərbdən SSRİ-yə genişmiqyaslı hücum planlaşdırıb. Bu məsələ iki ölkə arasında müzakirə olunub. Lakin tərəflər ortaq bir qərara gələ bilməyiblər.

“Yaponiya bu planı yalnız o halda həyata keçirməyə hazır idi ki, Almaniya Sovet İttifaqının silahlı qüvvələrini özünə tərəf çəkərdi. Almaniya SSRİ-yə hücum edəcəyi təqdirdə, Yaponiya yalnız Uzaq Şərq ordusu ilə məşğul olmaq istəyində olub. Çünki o vaxt onların başı tamamilə qarışmışdı, Çinlə müharibədə bataqlığa düşmüşdülər",- FSB-nin saytında yayılan məlumatda yazılıb.

Məlumata görə Almaniya hərbi komandanlığı almanların Avropada işğal fəalllığının artıdığı bir vaxtda Yaponiyanın da hücuma keçməsini istəyib.
Tural Tağıyev
AzVision.az

Qalereya



Seçilən
92
azvision.az

1Mənbələr