AZ

Tramp növbəti debatdan imtina etdi


Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp demokrat rəqibi, vitse-prezident Kamala Harrislə növbəti debatdan imtina edib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə o, “Truth Social” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“Bir boksçu döyüşü uduzduqda ağzından çıxan ilk sözlər: “Yenidən döyüşmək istəyirəm” olur. Rəy sorğuları açıq şəkildə göstərir ki, mən çərşənbə axşamı axşam sol təmayüllü demokrat namizəd Kamala Harrisə qarşı debatda qalib gəldim və o, dərhal ikinci debat tələb etdi. O, “Fox” debatına gəlmədi, NBC və CBS debatından imtina etdi. İndi Kamala Harris son dörd ildə nə etməli olduğuna diqqət yetirməlidir. Üçüncü debat olmayacaq”, - Tramp bildirib.  
Qeyd edək ki, sentyabrın 10-da Filadelfiyada (Pensilvaniya ştatı) ABŞ prezidentliyinə namizədlərin teledebatı keçirilib. Tramp Harrisin debatda məğlub olduğunu iddia edir. “Reuters” və “Ipsos”un birgə keçirdiyi sorğunun nəticələri isə göstərir ki, vitse-prezident seçki yarışında seçici dəstəyinə görə rəqibini qabaqlayır.
Xatirladaq ki, Amerikada prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
2
yeniavaz.com

10Mənbələr