AZ

Azərbaycan Premyer Liqasında 6-cı tur başlayır

Bu gün Azərbaycan Premyer Liqasında 6-cı tura start veriləcək.

Publika.az xəbər verir ki, ilk gündə bir oyun baş tutacaq.

Turun açılış matçında “Araz-Naxçıvan” “Kəpəz”lə qarşılaşacaq. Gəncə klubu ilk xal və ya xallarını qazanmağa çalışacaq. Naxçıvan təmsilçisi isə növbəti qələbəsini qazanmaq üçün meydana çıxacaq.

Bu turun “Şamaxı” – “Sumqayıt” və “Qarabağ” – “Səbail” oyunları sabah, “Zirə” – “Neftçi” və “Sabah” – “Turan Tovuz” matçları isə sentyabrın 15-də keçiriləcək.

Azərbaycan Premyer Liqası
6-cı tur

13 sentyabr

19:30. “Araz-Naxçıvan” – “Kəpəz”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Elvin Bayramov.
“Liv Bona Dea Arena”.

14 sentyabr

“Şamaxı” – “Sumqayıt”
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əli Əliyev
Şamaxı şəhər stadionu, 16:30

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
publika.az

1Mənbələr