AZ

Ay Yer planetinin bir parçasıdır –Alimlərdən şok ARAŞDIRMA

Alimlərin yeni araşdırması ay planetinin mənşəyinin ən məşhur versiyasını şübhə altına alır.

Yer və ay planetləri Günəş sistemindəki ən unikal cütlükdür.

Bugünkü fərziyyəyə görə, milyardlarla il əvvəl Mars ölçüsündə və kosmik tərkibi məlum olmayan bir nəsnə yer kürəsinə çırpılıb, nəticədə isə ayı əmələ gətirən bir material kütləsini kosmosa atıb. Beləliklə də bu versiya yer ilə ayın eyni minerallar kimi maraqlı ümumi xassələrdə birləşdiyi ehtimalının daha aydın izahını verir.

İsveçrənin Sürix Politexnik Məktəbindən olan planetoloq alim Paolo Sossinin yeni təhlillərinə görə isə əslində belə nəhəng təsirin baş verdiyinə dair qətiyyən elmdə birmənalı sübut yoxdur: “Yerin, eləcə də ayın mantiyasından olan qayalar Günəş sistemindəki materialların mənşəyini izləyən izotop nisbətlərində qətiyyən fərqlənmir. Elmə məlum olduğu kimi bu elementlərin izotopları planetlər arasında çox dəyişir. Əgər burada təsirin izləri olsaydı, onların izotop nisbətlərində cüzi fərqlər gözləyə bilərdik. Ancaq buna baxmayaraq, yerlə ayın arasında heç vaxt belə fərqlər aşkar edilməyib, ona görə də biz iddia edirik ki, bu zərbə zamanı ya iki cisim mükəmməl qarışmış, ya da ay fərqli şəkildə formalaşmış olmalıdır” söyləyən Sossi indən sonra da bu mövzu ətrafında hələ çox tədqiqatlara ehtiyac olduğunu bildirib.

“ScienceAle “ nəşri yazır ki, hal-hazırda mövcud olan bütün müvafiq geofziki və geokimyəvi məlumatların tənqidi icmalı əvvəlcədən çap edilib və sonra geokimya barədə elmi traktatda dərc üçün qəbul edilib. “Bəs toqquşma olmayıbsa, ay necə oldu ki, göründü?” kimi elmi mübahisələr yaradan sualı cavablandıran planetoloq Paolo Sossi isə iddia edib ki, yer və onun böyük peyki sadəcə eyni protoplanetar disk materialından əmələ gəlib. Alim tam əmindir ki, bu iki planet qohumdur, lakin bütün bunlar toqquşma nəticəsində baş verməyə də bilərdi.

“Günəş sistemində diferensiallaşmış, həm də nüvələrə malik iki böyük sferik cismin yeganə sistemi yer və aydır. Məlumdur ki, ay Merkuridən bir qədər kiçikdir və əgər o, həqiqətən də xaos vəziyyətində, eləcə də təkbaşına mövcud olsaydı, çox güman bizim təsəvvür etdiyimiz bir planet hesab olunardı. Təbii ki, ayın yer üzündəki təsiri məlumdur, onun həyatın inkişafında necə mühüm rol oynadığına da hamı inanır. O, yerin fırlanmasını sabitləşdirməyə kömək edir, okeanların dövranına yardımçı olan gelgitlər yaradır. Həmçinin də unutmaq lazım deyil ki, ay qoruyucudur, çünki hər zaman yerin nüvəsinin soyumamasına və maqnit sahəsini saxlamasına kömək edən bir gücü var. Elm adamlarına da çox yaxşı bilir ki, kütlənin orbiti olmasaydı, yer üzü çox fərqli, qəribə bir planet olardı” -deyə məqalədə qeyd edilir.

Sossinin, həmçinin onun həmkarlarının “təsir fərziyyəsi” üçün mövcud sübutları nəzərdən keçirdikdən sonra yenicə aşkar etdikləri problem ancaq yer ilə ayın çox oxşar olmasıdır. Belə ki, yerdəki, həm də aydakı elementlər eyni izotop nisbətinə malikdirlər – nüvələrində müxtəlif sayda neytronların olduğu eyni atomun sadəcə müxtəlif formaları. Bu, oksigen, xrom və titan, eləcə də dəmir, kalsium, molibden kimi tərkiblərdir.

Nəhəng təsir modelləri isə demək olar ki, yer və ay arasındakı izotop nisbətlərində çox kiçik fərqləri proqnozlaşdırır, mövcud məlumatlara görə bu fərqlər əslində həm də mövcud deyil. Belə elmi müəmmalara aydınlıq gətirməkdən ötrü bu yaxınlarda aparılmış araşdırmalar zamanı isə alimlər müəyyən edib ki, yer və ay həm də eyni yaşdadırlar. Elm adamları hətta onların təxminən 4,5 milyard il əvvəl eyni vaxtda yarandığı haqqında ehtimalları belə daha məntiqli və inandırıcı hesab edirlər. Eyni zamanda alimlərin krincə, əldə olan bu yeni məlumatlar iki cismin eyni material buludundan əmələ gəldiyini göstərir.

Nəşr bir daha bu böyük elmi məqaləyə istinad edir: “Ancaq bu o demək deyil ki, toqquşma baş verə bilməzdi. Alimlərin irəli sürdüyü digər bir elmi model təklif edir ki, ilk toqquşma kiçik yerə bənzəyən hər şeyi məhv edib və iki bədənə ayrılan bir material yığını yaradıb: Yer planetini və ayı. Lakin Paolo Sossi həmişə olduğu kimi yenə öz nəzəriyyəsini müdafiə edir. O bu mövzuya müraciət edənlərə cavab olaraq deyib: “Kimyəvi, eləcə də izotopik sübutlar ayın necə əmələ gəlməsinin əsas mexanizmlərini şübhə altına almaq üçün kifayət qədər öz dəlilləri ilə güclüdür”.

Ancaq bütün bunlara baxmayaraq yenə də bu mövzuda aparılan elmi müzakirələr və mübahisələr səngimir. Tək İsveçrənin alimləri deyil, başqa ölkələrdən olan bəzi elm adamları da çox maraqlı fərqli fikirlər ortaya qoyurlar. Qəribə burasındadır ki, son nəticədə yenə də alimlərin dedikləri və səslənən fərqli kirlər gözlənilmədən ortaq bir elmi mövqedə kəsişir, üst-üstə düşür.

Lakin bütün elm adamları, eləcə də Sürix Politexnik Məktəbinin əməkdaşı, belə bir maraqlı sahədə təcrübə toplamaqla alim kimi ixtisaslaşan planetoloq Paolo Sossi də birmənalı olaraq təsdiq edirlər ki, yer ilə ay milyardlarla il əvvəl ayrılan qohum materialların parçalarıdır.

Oqtay Qorçu

Azpost.info

Seçilən
111
azpost.info

1Mənbələr