AZ

Ronaldonu 1 milyarddan çox insan izləyir - Dünyada ilk!

“Əl-Nəsr”in ulduz futbolçusu Kriştianu Ronaldo sosial şəbəkələrdə ümumilikdə bir milyard izləyici sayını keçib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə oyunçu “X” hesabında məlumat verib.

“Biz tarix yazdıq – 1 milyard izləyici! Bu, sadəcə bir rəqəmdən daha çoxdur. Bu bizim ümumi əzmimizin və sevgimizin sübutudur”, – o yazıb.

Bununla da Ronaldo dünyada ilkə imza atıb.

Qeyd edək ki, ulduz futbolçu “Instagram”, “Facebook”, “X”, “YouTube”, “Kuaishou” və “Weibo” istifadəçisidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
5
qafqazinfo.az

6Mənbələr