AZ

O, tarixdə ən böyük sosial şəbəkələrdə 1 milyard abunəçi toplayan ilk şəxs oldu...

Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubu və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo tarixdə ən böyük sosial şəbəkələrdə 1 milyard abunəçisi olan ilk şəxs olub.
 
Moderator.az-ın xarici mediaya istinadla verdiyi xəbərə  görə , 39 yaşlı futbolçu bu nəticəyə sentyabrın 13-də nail olub.
 
Ronaldonun Instagram, Facebook, X, YouTube, Kuaishou və Weibo-da şəxsi hesabları var.
 
“Biz tarix yazdıq: 1 milyard abunəçi. Bu, sadəcə bir rəqəm deyil, bu, oyuna və onun hüdudlarından kənara olan ehtirasımızın, həvəsimizin və sevgimizin təsdiqidir. Madeyra küçələrindən tutmuş dünyanın ən böyük stadionlarına qədər mən həmişə ailəm və sizin üçün oynamışam və indi 1 milyarda çatmışıq. Ən yaxşısı hələ qarşıdadır və biz birlikdə mübarizə aparmağa, qalib gəlməyə və tarix yazmağa davam edəcəyik”, - Ronaldo özünün "X" mikrobloqunda yazıb.
 
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
moderator.az

1Mənbələr