AZ

Evə ərzaq almayan kişi arvadını döydü - MƏHKƏMƏ

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Nurlan Məmmədlinin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 

Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən azad olunub.

 

İttihama görə, hadisə 04 avqust 2024-cü il tarixdə, saat 21 radələrində Abşeron rayonu Hökməli qəsəbəsi ərazisində qeydə alınıb.

 

Belə ki, Nurlan Məmmədli arvadı, zərərçəkmiş Pəri Məmmədli (şərti) ilə mübahisə edib. Mübahisəyə səbəb isə kişinin evə ərzaq almaması və kommunal borcları ödəməməsi olub. Bu zaman təqsirləndirilən şəxs qadının sifət, baş, kürək, sağ qol, əl və bədənin müxtəlif nahiyələrinə şillə və yumruqla vuraraq ona xəsarət yetirib.

 

Daha sonra Pəri Məmmədli hüquq-mühafizə orqanlarına müraciət edib və Nurlan Məmmədli saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 13 Sentyabr 2024, 09:43   
Seçilən
125
5
pravda.az

6Mənbələr