AZ

Rusiyada Baş Prokurorluq bu kanalı "arzuolunmaz" elan edib

Rusiya Federasiyasının Baş Prokurorluğu Belsat telekanalını “arzuolunmaz” kimi tanıyıb.

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, Baş Prokurorluq hesab edib ki, Rusiya və Belarus auditoriyası üçün işləyən Polşa telekanalı “Qərb üçün faydalı nümunələr” yayımlayır.

 

Qurumun bəyanatında bildirilir ki, onun “arzuolunmazlığına” səbəb telekanalın “Rusiya hakimiyyətinin daxili və xarici siyasətini gözdən salmaqla, ölkəmiz haqqında mənfi imic yaratmaqla, Rusiya və Belarusun İttifaq Dövləti çərçivəsində inteqrasiya proseslərini tənqid etməklə məşğul olmasıdır”

 

Belsat Belarus dilində yayımlanan Polşanın peyk telekanalıdır. 2007-ci ildə Polşa Xarici İşlər Nazirliyi və Polşa ictimai televiziyası tərəfindən təsis edilib.

 

Kanal 2020-ci ilin avqustunda Belarusda keçirilən prezident seçkilərindən sonra keçirilən etiraz aksiyalarını fəal şəkildə işıqlandırıb. 2021-ci ildə Belarus məhkəməsi kanalın saytını ekstremist elan edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
modern.az

1Mənbələr