Dünya şöhrətli pop ulduz Britni Spirsin rekord məbləğdə aliment ödədiyi üzə çıxıb.
OLAY yazır ki, 42 yaşlı sənətçi nə az nə çox düz 5 milyon dollar aliment ödədiyib.
Bu gün Britni Spirsin kiçik oğlu Ceydenin 18 yaşı tamam olur və bu o deməkdir ki, müğənni rəsmi olaraq uşaq dəstəyi (aliment – red.) ödənişlərindən azad olacaq.
Demək olar ki, varisin bütün həyatı boyunca ulduz atası Kevin Federlayna pul göndərib. Ümumilikdə məbləğ 5 milyon dollara çatıb.
Spirsə yaxın mənbə “Daily Mail” nəşrinə açıqlamasında “Britninin Kevinə iki oğlan uşağı üçün göndərdiyi məbləğ qeyri-adidir və bu, böyük bir ailəni dolandırmaq üçün kifayətdir” vurğulayıb.