AZ

Rusiya 6 Britaniya diplomatını akkreditasiyadan məhrum edib

Böyük Britaniyanın Rusiyadakı səfirliyinin 6 əməkdaşı akkreditasiyadan məhrum edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya FTX məlumat yayıb.

 

Bildirilib ki, onlar "hərəkətlərində aşkar edilmiş kəşfiyyat işlərinin əlamətlərinə görə" Rusiya Federasiyasında akkreditasiyadan məhrum edilib.

 

Diplomatların adları açıqlanmayıb. FTX iddia edib ki, Rusiya kəşfiyyat xidmətinə daxil olan sənədlər “Londonun beynəlxalq hərbi-siyasi vəziyyətin gərginləşməsini koordinasiya etdiyini” təsdiqləyir.

 

“Rossiya 24” telekanalının məlumatına görə, Britaniya səfirliyinin akkreditasiyadan məhrum edilmiş əməkdaşları Cessika Davenport, Qreys Alvin, Endryu Daft Kallum, Ketrin Makdonnal, Tomas Con Hikson və Bleyk Patteldir.

 

Diplomatlar Şərqi Avropa və Mərkəzi Asiya Direktorluğu vasitəsilə Rusiyada olublar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
modern.az

1Mənbələr