AZ

"Bakubus" sürücüsü əks yola çıxıb hərəkətə çətinlik yaratdı- VİDEO

Bakıda yol hərəkəti qaydasını kobud şəkildə pozan sürücünün videosunu oxuculardan biri qeydə alaraq redaksiyamızın elektron ünvanına göndərib. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Bakıxanov küçəsində baş verib.

Belə ki, 99-JU-725 qeydiyyat nişanlı avtobusun sürücüsü qoşa xəttin tələbini pozaraq əks yola çıxıb. Bu zaman qarşıdan gələn avtomobillərin yolunu kəsərək onlara mane olub. Oxucuların verdiyi məlumata görə, avtobus sürücüləri bu küçədə mütəmadi olaraq əks yola çıxırlar. Bu isə həm digər sürücülərin hərəkətinə təhlükə yaradır, həm də yolda tıxaca səbəb olur.

 

Fərid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
avtosfer.az

1Mənbələr