MİT İraqın şimalındakı Mahmurda keçirdiyi əməliyyatla terror təşkilatı PKK/KCK-nın Mahmur düşərgəsinin rəhbər şəxslərindən olan Azad Akıncını zərərsizləşdirib.
Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat yayıb.
Terrorla bağlı axtarışda olanlar siyahısında qırmızı kateqoriyada olan PKK/KCK üzvü Azad Akıncı MİT-in hədəf siyahısında olub.
MİT xəbər mənbələri vasitəsilə terrorçu Akıncının yerini müəyyən edib.
MİT Türkiyə sərhədinin 160 km dərinliyində yerləşən Mahmurda Azad Akıncı addım-addım izlənib. Azad Akıncı ən uyğun anda dəqiq əməliyyatla zərərsizləşdirilib.
QAZİLER.AZ