AZ

Zəngəzurda Erməni ordusunda kütləvi zəhərlənmə

Zəngəzurda Ermənistan ordusunun Azərbaycanla sərhəd xəttindəki döyüş mövqelərində yerləşən sərhədçiləri arasında iki ayrı zəhərlənmə hadisəsi olub.Avropa .info xəbər verir ki, hadisənin ötən gün baş verdiyi bildirilir.Məlumata görə, zəhərlənənlərdən ikisi ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və komaya düşüb. Digər zəhərlənmədə zərərçəkənlərin vəziyyəti isə qənaətbəxşdir.Döyüş mövqelərində növbətçi olan bir neçə sərhədçinin yediyi naməlum yabanı meyvədən zəhərləndiyi və komaya düşdüyü bildirilir. Latınca “Lonicera xylosteum” adlanan meyvənin hallüsinasiya kimi yan təsiri olduğu da bildirilir. Az miqdarda yeyildikdə şüuru bulanıqlaşdırdığı, narkotikə bənzər effekti olduğu deyilən bitkidən erməni hərbçilərin tez-tez istifadə etdiyi ortaya çıxıb.Hərbçilərin bu dəfə meyvədən çox yediyi və nəticədə komaya düşdüyü qeyd olunub.Bundan bir müddət sonra isə eyni səbəblə ikinci zəhərlənmə hadisəsi baş verib. Lakin bu dəfə nəticə ilki qədər ağır olmayıb.Ayşən Mustafa  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
avropa.info

1Mənbələr