AZ

Cənubi Koreya Prezidentinin dəstək reytinqi 20 faizə enib

Cənubi

Bakı, 13 sentyabr, AZƏRTAC

Cənubi Koreya Prezidenti Yun Sok Yolun dəstək reytinqi vəzifədə olduğu müddətdə rekord həddə azalaraq 20 faizə enib.

AZƏRTAC xəbər verir ki, bu göstərici “Gallup Korea” sosioloji xidmətinın keçirdiyi ictimai rəy sorğusunda əksini tapıb.

Sorğunun nəticələrinə görə, respondentlərin 20 faizi prezidentin fəaliyyətini müsbət, 70 faizi isə mənfi qiymətləndirib. Ölkə üzrə 18 yaşdan yuxarı 1002 insan iştirak etdiyi sorğu sentyabrın 10-12-də aparılıb.

“Gallup Korea” bildirib ki, fəaliyyətin 20 faizik bəyənmə nisbəti andiçmə mərasimindən bəri ən aşağı göstəricidir. Yun Sok Yolun dəstək reytinqi beş ay ərzində - aprel ayından bəri 30 faizlik həddi keçə bilməyib. Onun populyarlığının pik həddi (53 faiz) inauqurasiyadan bir ay sonra - 2022-ci ilin iyununda qeydə alınmışdı.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
azertag.az

1Mənbələr