AZ

Səfirlikdən təkzib: Heç bir iranlı zabit qaçırılmayıb

İranın Dəməşqdəki səfirliyi İsrail mediasının Suriyanın Masyaf bölgəsinə hücum və iranlı zabitlərin qaçırılması iddiasını təkzib edib.

Yenisabah.az xəbər verir ki, səfirlik öz X hesabında yazıb:

“İsrail rejimi 11 aylıq uğursuzluqdan sonra elə bir ümidsizlik səviyyəsinə çatıb ki, özünü xilas etmək üçün uşaqları öldürmək və yalan yaymaqdan başqa yol görmür”. azal vakansiya

Diplomatik nümayəndəlik Məsyafın bombalanması zamanı heç bir iranlı məsləhətçinin xəsarət almadığını da açıqlayıb:

“İranlı müşavirlərdən heç birinin zərər görmədiyi işğalçı rejimin Suriyaya cinayətkar hücumunu pisləyərək bəyan edirik ki, İsrail rejiminin iddiaları yalandır”.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
yenisabah.az

1Mənbələr