AZ

Ümid edirəm ki, "Barselona"dan heç vaxt ayrılmayacağam...

...17 yaşlı vinger və "Barselona" klubunun akademiyasının məzunu Lamin Yamal bütün karyerasını mavi qranatlarla keçirmək istədiyini bildirib.

...Bu 120 milyonun mənim üçün ödənilməsini istəmirəm, çünki o zaman Barsadan ayrılmalı olacağam. Ümid edirəm ki, Barsadan heç vaxt ayrılmayacağam, əfsanə olmaq istəyirəm.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Yamal bunu El Hormiguero-ya deyib.

Qeyd edək ki, “Transfermarkt” futbol analitik portalı 17 yaşlı “Barselona”nın hücumameyilli yarımmüdafiəçisi Lamin Yamalın potensial transfer dəyərini 120 milyon avro olaraq qiymətləndirir.

...Yamal və mavi qranatlar arasında mövcud müqavilə 2026-cı ilin yayına qədər davam edir.

Nazlı Almuradova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
sia.az

1Mənbələr