AZ

MİT-dən əməliyyat: PKK-nın daha bir lideri məhv edildi

Milli İstihbarat Təşkilatı İraq/Mahmurda təşkil etdiyi əməliyyatla PKK/KCK Mahmur Düşərgəsinin sözdə baş direktoru Adil Mardin Kod Azad AKINCI-nı zərərsizləşdirib.

Turkustan.az xəbər verir ki, terrorla bağlı axtarışda olanlar siyahısında qırmızı kateqoriyada olan PKK/KCK üzvü Azad AKINCI MİT-in hədəf siyahısında olub. MİT xəbər mənbələri vasitəsilə terrorçu AKINCI-nın yerini müəyyən edib. MİT Türkiyə sərhədinin 160 km dərinliyində yerləşən Mahmurda Azad AKINCI-nı addım-addım izlədi. Azad AKINCI ən uyğun anda pinpoint əməliyyatı ilə zərərsizləşdirilib.

Azad AKINCI 2006-cı ildə PKK/KCK-nın nəzarətində fəaliyyət göstərən Azad Lisey Gəncləri Dərnəyinin strukturlaşmasında iştirak edib. 2008-ci ildə “Terror təşkilatı adından cinayət törətmək, terror təşkilatı adından fəaliyyətlə məşğul olmaq, terror təşkilatını təbliğ etmək” maddələri ilə həbs edilib. Həmin il Batman Qapalı Həbsxanasında aclıq aksiyasına qatılan təşkilat üzvləri arasında olub.

2008-ci ilin dekabr ayından etibarən Siirt Vətənpərvər İnqilabçı Gənclərdən məsul idi. 2009-cu ildə Serhat adlanan əraziyə köçüb. 2011-ci ildə Türkiyə Vətənpərvər İnqilabçı Gənclik Mərkəzinin rəhbərliyindən məsul olub. 2014-cü ildən etibarən Metinada logistik fəaliyyətlərin sözdə məsuliyyətini həyata keçirdi.

2016-cı ildə Mahmurda keçirilən PKK/KCK Gənclik Konqresində iştirak edib. 2017-ci ildə İran sahəsində KCR (Şərqi Kürdüstan Gənclər İcması) bölməsində sözdə məsul səviyyədə çalışıb. 2023-cü ildən etibarən PKK/KCK Mahmur Baş Katibliyinin sözdə Nəzarətçisi vəzifəsində çalışıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
97
turkustan.az

1Mənbələr