Pakistanla sərhəddə yerləşən Mircave şəhəri yaxınlığında, Sistan və Bəlucistan əyalətində silahlı hücum nəticəsində 3 iranlı sərhədçi həlak olub.
"Cebheinfo.az" IRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə Zahidan şəhərinin (əyalətin inzibati mərkəzi) prokuroru Mehdi Şəmsabadi bildirib.
Hücumda biri leytenant olmaqla 3 sərhədçi şəhid olub, 1 mülki vətəndaş yaralanıb.
Hücum edənlərin tutulması üçün genişmiqyaslı istintaq başladılıb.