AZ

“Putin müharibəni hər an dayandıra bilər” - Britaniyanın baş naziri

“Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibəyə başlayıb və onu hər an dayandıra bilər”.

Missiya.Az “The Guardian”a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Kir Starmer deyib.

"Rusiya Ukraynaya qanunsuz müdaxilə etməklə münaqişəni başladıb. Moksva bu münaqişəyə dərhal son qoya bilər. Ukraynanın özünümüdafiə hüququ var", - deyə siyasətçi vurğulayıb.

Onun sözlərinə görə, Britaniya Ukraynaya Rusiyanın işğalını dəf etmək üçün Kiyevi silahla təmin edib.

Qeyd edək ki, Putin Britaniyanın uzaqmənzilli raketlərinin Rusiya ərazisində istənilən istifadəsini NATO ölkəsi ilə müharibəyə səbəb olacağını söyləmişdi.

Daşqın HəsənovMissiya.Az

Seçilən
105
missiya.az

1Mənbələr