AZ

Azərbaycan Premyer Liqası: VI tura 1 oyunla start veriləcək

Azərbaycan

Bakı, 13 sentyabr, AZƏRTAC

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura start veriləcək.

AZƏRTAC xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. Açılış matçında “Araz-Naxçıvan” “Liv Bona Dea Arena”da “Kəpəz”i qəbul edəcək.

Saat 19:30-da start götürəcək görüşü Rəvan Həmzəzadə idarə edəcək.

Hazırda Naxçıvan təmsilçisi 7 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Xalı olmayan “Kəpəz” isə sonuncudur.

Qeyd edək ki, turun digər oyunları sentyabrın 14-15-də keçiriləcək.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
2
azertag.az

3Mənbələr