AZ

Çindən yerli şirkətlərə xəbərdarlıq: Hindistana sərmayə qoymayın!

Yazını böyüt
Yazını kiçilt

Çin elektrikli avtomobil texnologiyasının xaricə yayılmasının qarşısını almaq üçün yerli avtomobil istehsalçılarına ciddi xəbərdarlıq edib.

Hafta.az-ın “Bloomberg News”a istinadən yazdığına görə; Çin hökuməti avtomobil istehsalçılarına qabaqcıl elektromobil texnologiyasını xarici bazarlara çıxarmamağı tapşırıb. Bu xəbərdarlıqlar Çinin öz elektromobil sənayesini qlobal rəqiblərdən qorumaq cəhdi kimi qiymətləndirilir. Xüsusilə, Hindistana investisiyaların məhdudlaşdırılması tələb edilərkən, Türkiyəyə investisiyaların Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi və yerli Çin səfirlikləri tərəfindən təsdiqlənməsi lazım olduğu bildirilib.

Çinin yanaşması “sökülən dəstlərin” (Çində istehsal olunan və hədəf bazarda yığılan avtomobilin kritik hissələri) xarici zavodlara ixracını təşviq etsə də, bu, texnologiya transferini ciddi nəzarət altında saxlamaq deməkdir.

Mənbələr Çinin elektrikli avtomobil sənayesindəki biliklərini qorumaq üçün strategiyasını gücləndirdiyini və bu çərçivədə iyulda bir çox yerli avtomobil istehsalçısı ilə görüşlər keçirdiyini bildirib. Bu görüşlərdə istehsalçılara Hindistanda avtomobil investisiyalarından çəkinmələri lazım olduğu açıqlanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
hafta.az

1Mənbələr