AZ

MİT İraqda əməliyyat keçirib: PKK-nın "rəhbər"lərindən biri zərərsizləşdirilib

Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) İraqın şimalındakı Mahmur bölgəsində əməliyyat keçirib. 

Missiya.Az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. 

Bildirilib ki, əməliyyat nəticəsində PKK/KCK terror təşkilatının “rəhbər” şəxslərindən biri olan Azad Akıncı zərərsizləşdirilib. 

Qeyd olunub ki, terrorçu 2006-cı ildə təşkilata qoşulub, 2014-cü ildə Şimali İraqa köçərək, müxtəlif yüksək vəzifələrdə çalışıb və 2023-cü ildən Mahmur düşərgəsinə rəhbərlik edib.

Nurlana ƏhmədovaMissiya.Az

Seçilən
125
8
missiya.az

9Mənbələr