AZ

Rusiyada Böyük Britaniya səfirliyinin 6 əməkdaşının akkreditasiyası dayandırıldı


Böyük Britaniyanın Rusiyadakı səfirliyinin altı əməkdaşının kəşfiyyat və təxribat işlərinə görə akkreditasiyası dayandırılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.
Məlumata görə, araşdırmalar zamanı xidmətin əməkdaşları tərəfindən rəsmi Londonun beynəlxalq hərbi-siyasi vəziyyəti gərginləşdirdiyi, habelə bu fəaliyyətin koordinasiyası ilə Böyük Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin məşğul olduğu müəyyən edilib.
“Beləliklə, aşkar edilmiş faktlar department vasitəsilə Moskvaya göndərilən britaniyalı diplomatların fəaliyyətini Rusiyanın təhlükəsizliyinə təhdid kimi qiymətləndirməyə əsas verir”, - deyə məlumatda bildirilib.
Xidmətin məlumatına görə, Rusiya FTX-nin təqdim etdiyi sənədlərə əsasən, eləcə də Londonun çoxsaylı qeyri-dost addımlarına cavab olaraq Rusiya Xarici İşlər Nazirliyi maraqlı idarələrlə əməkdaşlıq edərək Böyük Britaniyanın Moskvadakı səfirliyinin siyasi şöbəsinin altı əməkdaşının akkreditasiyasını dayandırıb, onların hərəkətlərində kəşfiyyat və təxribat işlərinin əlamətləri aşkar edilib.
“Böyük Britaniya diplomatik missiyasının əməkdaşları arasında oxşar hərəkətlər aşkar olunarsa, Rusiya FTX onların Rusiyada ezamiyyətlərinə vaxtından əvvəl xitam verilməsini tələb edəcək”, - deyə məlumatda qeyd olunub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
yeniavaz.com

1Mənbələr