AZ

Makronun həyat yoldaşı ilə bağlı şok iddia: “Kişidir”

Paris məhkəməsi Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makronun kişi olduğunu iddia edən iki qadın barəsində hökm çıxarıb.

Teleqraf.com xəbər verir ki, hər iki Fransa vətəndaşı böyük məbləğdə cərimələnib.

İki qadın Bricit Makrona mənəvi ziyana görə təzminat kimi 8 min, iddiaçı qismində çıxış edən qardaşı Jan-Mişel Tronyeyə isə 5 min avro ödəməlidir.

Emmanuel Makronun evliliyi ilə bu iddia onun Fransa prezidenti seçilməsindən dərhal sonra 2017-ci ildə ortaya çıxıb.

Fransa prezidenti dəfələrlə bu şayiələri təkzib edib. Bu ilin martında o, bu kontekstdə “ən absurd iddiaların yayıldığı sosial şəbəkələrdə qanunların icrası üçün qanunun alətlərindən istifadə edilməlidir” demişdi.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
teleqraf.com

1Mənbələr