AZ

2024-cü ildə Naxçıvana ayrılan dotasiya 9% azalıb -Hesablama Palatası

2024-cü ilin I yarısında Azərbaycanın dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına 150,1 milyon manat dotasiya ayrılıb.

Fins.az-ın məlumatına görə, bu, Hesablama Palatasının yerli büdcənin parametrlərinin təhlili ilə bağlı yaydığı hesabatda bildirilib.

Sənədə əsasən, ayrılan dotasiya ötən ilin eyni dövrü ilə müqayisədə 9% azdır.

"Yerli büdcə gəlirlərinin faktiki göstəricilərinin bütün aylarda proqnozdan yüksək olması ayrılan dotasiyada qənaətin yaranmasına səbəb olub", - deyə hesabatda vurğulanıb.

Fuad Mədətov
Fins.az

Seçilən
98
fins.az

1Mənbələr