AZ

“Artıq çəkim vardı ki, hazırda aşağı salmışam” – Cavid İmamverdiyev

2-ci liqada yeni mövsümün ilk iki turu geridə qalıb. Kimin nəyə qadir olduğu, nə üçün mübarizə apardığı indidən sezilir.

Bu iki oyunda özünü yaxşı göstərən futbolçulardan biri də Cavid İmmverdiyevdi. Ötən mövsüm “Kür-Araz”ın uğurları üçün çalışan Cavid yeni mövsümün əvvəlində “Hypers Quba” ilə anlaşıb. Çempionatda vurduğu baxımlı qollarla diqqəti çəkən yarımmüdafiəçini hamı “Neftçi”nin köhnə ulduzu kimi tanıyır.

Bəs İmamverdiyevin hədəfi nədi?

34 yaşlı futbolçu “Football-plus.az”a açıqlamasında bu sözləri dedi:

“İlk oyunda "Saatlı-Araz"a qalib gəlsək də, texniki məğlubiyyət aldıq. İkinci oyunda "Şəmkir"ə qalib gəldik. Hədəfimiz ilk “üçlük”də yer almaqdı. Zədəm vardı, bərpa olunmuşam. Meydanda hansısa problemlə üzləşmirəm. Artıq çəkim vardı ki, hazırda aşağı salmışam və salmağa davam edirəm”.

Cavid sabiq komandası “Neftçi”nin durumuna da toxundu:

“Neçə illərdi "Neftçi" adıyla tanınmışam. Əlbəttə, "Neftçi" mənim üçün 1 nömrədi. Düşünürəm ki, ora mənə dəyərli olduğu kimi,"Neftçi" üçün də mən dəyərliyəm. Mövcud durum ürəkaçann deyil. Bu komandanın yeri birinci pillədi. Xalqın komandasıdı, bizim üçün əvəzolunmazdı. Ümid edirəm ki, əvvəlki vaxtlarına qayıdar. Roman Qriqorçuk həm taktiki, həm də təcrübə baxımından güclü məşqçidi. Sadəcə, yaxşı legionerlər cəlb olunmur. 3-4 səviyyəli legioner lazımdı ki, "Neftçi"ni istədiyimiz yerdə görək. İnşallah, əvvəlki vaxtlara qayıdar, sevənləri, ən əsası da məni sevindirər”.

RÖYANƏ OĞUZ
Seçilən
110
football-plus.az

1Mənbələr