AZ

Şəhadətinin ikinci ildönümündə şəhid Ravil Hümbətovun məzarı ziyarət olunub FOTOLAR

İkinci Fəxri Xiyabanda Ermənistan silahlı qüvvələri tərəfindən 2022-cü il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhidlik zirvəsinə ucalan Azərbaycan Silahlı Qüvvələrinin leytenantı Hümbətov Ravil Mübariz oğlunun şəhadətinin ikinci ildönümü münasibəti ilə məzarı ziyarət olunub.

Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı Elşad Həsənov, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, Yasamal rayon bələdiyyəsinin sədri Tahir Məmmədov, Yasamal rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Vüsal Hüseynov, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhidin ailə üzvləri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edib, önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Hümbətov Ravil Mübariz oğlu şəhadətindən sonra “Azərbaycan bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
1
sia.az

2Mənbələr