AZ

“SpaceX” növbəti internet-peyklər qrupunu orbitə çıxarıb

“Falcon 9” raket daşıyıcısı “Starlink” sisteminin qlobal internet şəbəkəsinin əhatə dairəsini genişləndirmək üçün 21 mini-peykdən ibarət daha bir partiyanı uğurla orbitə çıxarıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə peyklərin yaradıcısı olan “SpaceX” şirkəti məlumat yayıb.

 “21 “Starlink” peykinin orbitə çıxarılması təsdiqlənib. Raket yerli vaxtla saat 18:45-də (Bakı vaxtı ilə 02:45) Kaliforniyadakı ABŞ Vandenberq Kosmik Qüvvələri bazasında “SLC-4E” buraxılış meydançasından buraxılıb. Təxminən bir saat sonra peyklər daşıyıcının ikinci pilləsindən ayrılaraq orbitə daxil olublar”, - məlumatda deyilir.

2019-cu ilin may ayından etibarən “SpaceX” “Starlink” layihəsi çərçivəsində 7 mindən çox belə peyki orbitə buraxıb. Orbitdə 6,3 mindən çox cihaz işlək vəziyyətdədir.

 

Sadiq Cavadov

Seçilən
80
iqtisadiyyat.az

1Mənbələr