AZ

“Ələkbər əmi”nin qızının toyu olacaq

Mərhum Əməkdar artist Ələkbər Hüseynovun qızının toyu olacaq. 

 OLAY yazır ki, bu haqda Nərgiz özü məlumat yayıb. 

Skripka ifaçısı bildirib ki, toy sentyabrın 23-də paytaxt restoranlarından birində keçiriləcək.

Nişanlısı ilə fotosu instaqram səhifəsində yayımlayan Nərgiz “Toyumuza sayılı günlər qalır” qısa şərhini yazıb. 

Qeyd edək ki, “Ələkbər əmi” kimi ölkədə məşhurlaşan Ə.Hüseynovun qızı saksofon ifaçısı Camal Bayramlı ilə ailə qurmağa hazırlaşır. Cütlüyün nişanı bu ilin iyununda olub. Ələkbər uzun illər Azərbaycan Dövlət Televiziyasında (AzTV) uşaq verilişlərinin aparıcısı olub. Aktyor 2007-ci il iyulun 29-dan 30-na keçən gecə komaya düşüb. O, 2 avqust 2007-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib. 

Seçilən
185
4
olay.az

10Mənbələr