AZ

“Komanda müşahidə etdiyimiz problemləri aradan qaldırmaq üçün çox çalışıb”

Üçqat dünya çempionu Maks Ferstappen Bakıdakı keçiriləcək Qran-Pri öncəsi komandanın vəziyyətini dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, “Red Bull”un sürücüsü boliddə irəliləyiş əldə edə biləcəklərindən ümidli olduğunu deyib:

“Birinci prioritetimiz komandanı əvvəlki formasına qaytarmaqdır. Bu həftə simulyatorda işləmək və növbəti iki yarışa hazırlaşmaq üçün komanda bazasına qayıtdım.

Monzadakı yarış bizim üçün çox çətin keçdi, ona görə də əsas vəzifəmiz, dediyim kimi, əvvəlki formamıza qayıtmaqdır.

Əlbəttə ki, siz həmişə daha sürətli və daha rəqabətli olmaq istəyirsiniz. Komanda son yarışlarda boliddə müşahidə etdiyimiz problemləri aradan qaldırmaq üçün çox çalışıb”.

Formula 1 Azərbaycan Qran-Prisi sentyabrın 13-dən 15-dək keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
sportinfo.az

1Mənbələr