AZ

“Ekoloji terrora son”-“Yaşıl Dünya” EMİB məktəblilərin iştirakı ilə fləş-mob hazırlayıb

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilən “Ermənistanın ekoloji terroru” layihəsinin icrası davam edir.

İyunun 10-da fəaliyyət planına uyğun olaraq Bakı şəhər 2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi Publik Hüquqi Şəxsin şagirdləri ilə birgə “Ekoloji terrora son” adlı fləş-mob  hazırlanıb. 12-16 yaş aralığında 25 məktəblinin iştirakı ilə hazırlanan musiqili bədii kompozisiyada (fləş-mob) Maykl Ceksonun “Yer kürəsi” (Earth Song) mahnısından və Zəlimxan Yaqubun “Axar su” şeirindən istifadə olunub.

Fləş-mobda məktəblilər insanlara ətraf mühitin, canlı aləmin qorunması ilə bağlı çağırışlar edib, musiqinin müşayiəti ilə, maraqlı rəqslərlə və səhnəciklərlə “Ey dayan! Ətrafı zibilləmə!”, “Ətrafı təmiz saxlayaq, dünyanı gözəlləşdirək”, “Su həyatdır-İsraf etmə!”, “Ağaclar nəfəsimizdir-Budaqları qırma!”, “Çevrə evimizdən başlanır-Qoruyaq!” şüarları səslənib.

11 məktəblinin “stop ecoside” yazılmış köynəklərdə rəqsləri maraqla qarşılanıb. 

Fləş-mob iştirakçıları sonda “Yaşıl dünya naminə”, “Təbitəi qoruyaq, dünyamımız xilas edək” şüarları yazılmış plakatları nümayiş etdiriblər. 

Qeyd edək ki, fləş-mob Elman Cəfərli, Teymur Zahidoğlu və Əfsanə Hüseynovanın senarisi əsasında hazırlanıb. 

Fləş-mobun rejissoru Teymur Zahidoğlu, xoreoqrafı Əfsanə Hüseynovadır. 

"Cebheinfo.az"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
cebheinfo.az

1Mənbələr