AZ

Bayden və Starmer Rusiya ilə bağlı qərarı təxirə salıblar

Böyük Britaniya və ABŞ liderləri Ukrayna silahlı qüvvələrinin Rusiyanın dərinliklərinə zərbələr endirməsi ilə bağlı qərarı təxirə salıblar...

Starmer: Ağ Evdəki görüşdə Kiyev Rusiyaya zərbə endirmək üçün icazə almayacaq...

ABŞ prezidenti Co Bayden və Böyük Britaniyanın baş naziri Key Starmer Ağ Evdə görüş zamanı Ukraynaya Rusiyaya uzaqmənzilli silahlarla zərbə endirməyə icazə verməyəcəklər.

Poliqon xəbər verir ki, bu barədə Britaniyanın ITV telekanalı baş nazir Starmerə istinadən məlumat yayıb.

“Starmer cümə günü Ağ Evdə prezident Baydenlə görüş zamanı Ukraynanın Rusiya ərazisindəki hava və raket bazalarını məhv etmək üçün Qərb raketlərindən istifadə etməyə icazə verməyəcəyini açıqlayıb”, deyə telekanal bildirib.

Eyni zamanda Starmer Rusiya prezidenti Vladimir Putinin müvafiq qərarın nəticələri ilə bağlı xəbərdarlığından qorxmadığını açıqlayıb və əlavə edib ki, Kiyev özünü müdafiə etmək hüququna malikdir.

Britaniyanın baş naziri həmçinin Ukraynanın zərbələri ilə bağlı məhdudiyyətlərin yumşaldılmasını “taktiki” qərar adlandırıb və Ağ Evdəki danışıqların strateji məsələlərə həsr olunacağını qeyd edib.

Poliqon.info

Seçilən
93
19
poliqon.info

10Mənbələr