AZ

“Bu, mənim heç xəyalıma da gəlməzdi” – Rodri

“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri “qızıl top”la bağlı fikirlərini bölüşüb.Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu belə şeyləri söyləməyin inanılmaz olduğunu bildirib:“İnsanlar küçədə yanıma gəlib deyirlər: “Sən “qızıl top”u qazanacaqsan, buna layiqsən”. Mənim üçün bu artıq qələbədir. İnsanlar mənim dünyanın ən yaxşı oyunçusu ola biləcəyimə inanırlar. Belə şeyləri söyləmək inanılmazdır. Bu, mənim heç xəyalıma da gəlməzdi”.28 yaşlı yarımmüdafiəçi “Real”dan Vinisius Juniorla birlikdə fərdi mükafata əsas namizədlərdən biridir. Qalibin adı oktyabrın 28-də açıqlanacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
komanda.az

1Mənbələr