AZ

“Axı özün dedin ki, Qarabağ Azərbaycandır, bizdən niyə inciyirsən?!” – Lukaşenkodan Paşinyana TƏRS ŞİLLƏ

"Son illər Qarabağda baş verən hadisələrə görə günahı yalnız Ermənistan rəhbərliyi daşıyır".Modern.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko ölkədə yaşayan müxtəlif millətlərin nümayəndələri ilə görüşdə deyib. “Qarabağda baş verənlər təkcə Ermənistan rəhbərliyinin günahıdır. Mən Ermənistan hakimiyyətinə şəxsən xəbərdarlıq etmişdim: o əraziləri Azərbaycana verin! Üstəlik, Ermənistan hakimiyyəti etiraf edirdi ki, oralar Azərbaycan torpaqlarıdır. Bu etirafla yanaşı, Ermənistan hakimiyyəti həm də “amma biz təslim olmayacağıq – mübarizə aparacağıq”,- deyirdi”.Belarus prezidenti qeyd edib ki, o, İrəvanla Bakı arasında problemin sülh yolu ilə həllinə çağırıb."Mən Putinə müraciət etdim və biz ikilikdə Paşinyandan xahiş etdik ki, bu problemi həll etsin”.Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan “xeyr, biz döyüşəcəyik”,- deyə Rusiya və Belarus prezidentlərinə cavab verib.“Döyüşdülər. Bəs onda niyə indi Rusiyadan, hətta bizdən də inciyirsiniz? Axı Paşinyan, sən özün qəbul etdin ki, Qarabağ Azərbaycan ərazisidir”, - deyə Lukaşenko vurğulayıb.“İndi kimə əsəbiləşək? Sənin dilini kim çəkdi? Yenə də deyirəm ki, cənubdakı bizim “dostumuz”a oxşayır. Özünə sahib ol, sən qədim ölkəyə rəhbərlik edirsən. Amma görürsən, o, Qərbə, Avropa İttifaqına getmək istəyir”, - Lukaşenko Nikol Paşinyan haqqında danışarkən bildirib.Onun sözlərinə görə, Qarabağ müharibəsini uduzan Ermənistan rəhbərliyinin “ilk hücumları” Belarusa olub.“Aydındır ki, o, bizi hədəfə almışdı, amma Rusiyaya yaxınlaşmağa çalışırdı. Biz Putinlə bunu çox yaxşı görürür və başa düşürdük. Mən Putinə dedim ki, o da mənə dedi ki, münasibətləri gərginləşdirməyə ehtiyac yoxdur. Erməni xalqı düşünməsin ki, biz onlara qarşıyıq və gördüyünüz kimi, heç bir reaksiya vermədik”, - deyə Belarus prezidenti bildirib.Lukaşenko hesab edir ki, avropalılar Ermənistanın baş naziri Qərbin hansısa birliyinə girməzdən əvvəl ondan nəsə tələb edəcəklər.“Avropalıların arxasında Amerika dayanır. Bu gün Qərbdə Amerikasız heç bir iş görülmür. Öz maraqlarına görə Ermənistanı diqqətə alıblar”, - Lukaşenko qeyd edib.“Siz elə bilirsiniz ki, Qərbdə kimsə Ermənistanı gözləyir? Nə bizi, nə Ermənistanı, nə də Ukraynanı heç yerdə gözləmirlər. Hər kəs öz məsələsilə məşğuldur. Onlar isə öz problemlərini başqalarının hesabına həll etmək istəyirlər”, - Belarus prezidenti vurğulayıb.Lukaşenko əminliklə qeyd edib ki, "ermənilər yaxın gələcəkdə xoşbəxtliklərinin harada olduğunu anlayacaqlar”.

Seçilən
11
50
dia-az.info

10Mənbələr