AZ

Milli fiasko davam edir... – Tərlan Əhmədovun baxışı

Son bir həftə Azərbaycanın bütün yaş qrupu üzrə yığmalarının fiaskosu ilə müşayiət olundu. Əsas yığma İsveçlə Slovakiyaya, U-21 Lüksemburqla Serbiyaya, U-19 Uels, Niderland və Şotlandiyaya, U-17 isə Türkiyəyə uduzdu. Həm də bütün bu oyunlarda cəmi bir qol vurmuşuq.

"Football-plus.az" yığmalar səviyyəsində total uğursuzluqlarla bağlı Tərlan Əhmədovun fikrini öyrənib:

"Uğursuzluq illərdi davam edir. Dəyişən heç bir şey yoxdu. Mən həmişə demişəm ki, “milliləşdirilmiş” futbolçularla uğur qazana bilmərik. Milli ruh yoxdusa, çətin məsələdi. “Milliləşdirilmiş” futbolçulara görə biz nə qədər istedadlı oyunçularımızı itiririk. Son oyunlara baxanda görürsən ki, ən çox səhv edənlər elə “milliləşdirilmiş” oyunçulardı. Millinin təməlini yerli futbolçular təmsil etməlidi. Penalti epizodu çox danışıldı. Oyunçu gəlib kapitandan topu alırsa, burda bəzi problemlərin olduği ortaya çıxır. Hələ məşqçi nizam-intizam qura bilməyib. Milyonları qazanmaq asandı. İş görmək, uğur qazanmaq lazımdı. İstetadlı futbolçularımız var. Amma komandada ruh əskikliyi var. Baxın görün hansı klub akademiyasında yetişən futbolçunu öz heyətinə cəlb edir. Heç bir komandada yoxdu bu. İllərdir deyirəm ki, akademiyalar sırf klubun özünə tabe olmamalıdı. Akademiyalar Gənclər və İdman Nazirliyinin nəzarətində olan qurum tərəfindən idarə olunmalıdı. Ordakı futbolçuların məşqləri, performansı nəzarətdə olmalıdı. Məşqçilərin özünün savadı, gördükləri işin nəticələrinə nəzarət lazımdı. Çempionat nəzarətə götürülməlidi. Savadlı, bacarıqlı futbolçular yetişdirilməlidi. Bu baxımdan biz bu gün geridə qalırıq. İllərdi məşqçilər gedir-gəlir. Hamısı milyonlar alır, amma ortada nəticə yoxdu. Gələndə soruşmaq lazımdı ki, nəyi dəyişə biləcəksən? Milyonları alandan sonra “burda futbolçu yoxdu, burda futbolçu yetişmir” demək asandı".

AKİF ƏHMƏDOV
Seçilən
59
football-plus.az

1Mənbələr