Azərbaycan millisinin sabiq üzvü Vurğun Hüseynov karyerasını başa vurub.
Bu barədə QOL.az-a açıqlamasında 36 yaşlı müdafiəçi özü məlumat verib.
O, məşqçiliyə başlamaq fikrində olduğunu bildirib. V.Hüseynovun son klubu "Kəpəz" olub.
Qeyd edək ki, Azərbaycan millisində 15 oyun keçirən və 1 qol vuran Hüseynov "Turan Tovuz", "Qəbələ" və "Sumqayıt"da da çıxış edib.