AZ

Ölkəmizin qlobal arenada müsbət imicinin inşasının vacib aspekti - ÖZƏL

"Azərbaycan-İtaliya dostluğunun və işgüzar əlaqələrinin dinamik inkişafı müəyyən mərhələlərdən keçib. Belə ki, İtaliya Prezidenti Sercio Mattarellanın 2018-ci ilin iyulunda Azərbaycana dövlət səfəri əlaqələrimizin inkişafında mühüm rol oynayır". "Olaylar" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov deyib: "Prezident İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri reallaşıb. Beləcə qarşılıqlı münasibətlər daha sıx xarakter daşımağa başlayıb. Dövlətimizin başçısının 2022-ci ildə İtaliyaya növbəti səfəri iki ölkə arasında əlaqələrin dinamik şəkildə inkişaf etdiyini göstərir. Həmin səfər zamanı İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar imzalanmış sənədlərin mübadiləsi mərasiminin keçirilməsi, həmçinin cənab İlham Əliyevin Beynəlxalq Çernobbio Forumunda iştirakı və çıxışı, eləcə də bu ilin iyun ayında İtaliyanın "Leonardo" şirkətinin istehsalı olan "C-27J Spartan" tipli hərbi nəqliyyat təyyarəsinin ölkəmizə təhvil verilməsi və digər faktlar iki ölkə arasında əməkdaşlıq sahələrinin genişlənməsinin bariz nümunəsidir".
Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
olaylar.az

1Mənbələr