AZ

Millinin sabiq futbolçusu karyerasını bitirdi

Azərbaycan millisinin sabiq futbolçusu Vurğun Hüseynov karyerasını bitirib.

Bu barədə 35 yaşlı müdafiəçi “FutbolPress“ə açıqlamasında bildirdi. O, “Kəpəz”lə yollarını ayırmasının səbəbinin karyerasını bitirməklə bağlı olduğunu dedi:

“Zədəm var idi və 2 ay müalicə almalıydım. Buna görə rəhbərlik və baş məşqçi ilə danışdım. Karyeramı bitirməklə bağlı qərar verdim və buna hörmətlə yanaşdılar”.

“Turan Tovuz”un yetirməsi olan Vurğun karyerası ərzində “Qəbələ”, “Sumqayıt” və “Kəpəz”də oynayıb. O, millidə 15 matça çıxıb.

Şahin Cəfərov 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
futbolpress.az

1Mənbələr