AZ

Ayşenurun nəşi Bakıdan İstanbula göndərildi - Fotolar

Sentyabrın 6-da Ayşenur Ezgi Eygin adlı türkiyəli aktivist İordan çayının qərb sahilində Fələstinə dəstək məqsədilə keçirilən aksiyada başından vurularaq ağır yaralanıb. O, xəstəxanaya çatdırılsa da orada vəfat edib.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, onun cənazəsi Təl-Əvivdən Bakıya gətirilib.

26 yaşlı Eyginin nəşini Heydər Əliyev Beynəlxalq Hava Limanında Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı və səfirlik əməkdaşları qarşılayıblar.

Bunun ardınca, türkiyəli aktivistin cənazəsi Türk Hava Yollarının təyyarəsi ilə İstanbula, oradan isə İzmirə yola salınıb. 

Onun Aydında dəfn ediləcəyi qeyd olunub.


Seçilən
228
2
qafqazinfo.az

10Mənbələr