Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Pxenyanda Şimali Koreya lideri Kim Çen In tərəfindən qəbul edilib.
“Report” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Təhlükəsizlik Şurası məlumat yayıb.
Bildirilib ki, onlar görüş zamanı ikitərəfli və beynəlxalq gündəlikdəki məsələlərin geniş spektrini müzakirə edib.