Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında keçirdiyi əməliyyat zamanı Mahmur düşərgəsində terror təşkilatının fəaliyyətinə cavabdeh olan PKK/KCK terrorçusu Azad Akıncı zərərsizləşdirib. Məlumatı “Anadolu” verib.
Təhlükəsizlik mənbələrindən alınan məlumata görə, Türkiyə xüsusi xidmət orqanları terrorizmə görə axtarışda olan şəxslər siyahısında qırmızı kateqoriyaya salınan “Adil Mardin” kod adlı yaraqlının yerini müəyyən edib.
Akıncı Türkiyə sərhədinin 160 kilometrliyində yerləşən Mahmur bölgəsində həyata keçirilən məqsədyönlü əməliyyatla zərərsizləşdirilib.
Yaraqlı bir müddət Türkiyədə terror fəaliyyətini həyata keçirtdiyinə və təbliğat apardığına görə həbs olunmuşdu. O, Şimali İraqda da terror fəaliyyətləri həyata keçirib.
P.ƏMİRCANOV
XQ