AZ

“Formula 1”ə görə işinə piyada getdi

Bu gün ölkəmizdə keçirilən Formula 1 Qatar Airways Azərbaycan Qran Pri 2024 yarışlarına start verilib.

OLAY yazır ki, mərkəzi küçələrin əksəriyyətinin bağlı olmasına görə müğənni Günay İbrahimli butik - atelyesinə avtomobili ilə deyil piyada gedib.

Həmin anları isə sənətçi sosial şəbəkə hesabında izləyicilər ilə bölüşüb.

Sözügedən görüntülərdə Günayla bərabər idman yarışının keçirildiyi küçələrdə yüksək sürətlə şütüyən yarış avtomobilləri də yer alıb. 

İbrahimli “Bakıda adi, sıradan günlərdən biri” qısa şərhini yazıb.

Qeyd edək ki, paytaxtımız növbəti Azərbaycan Qran Prisinə 13-15 sentyabr tarixlərində ev sahibliyi edəcək. 

Seçilən
133
1
olay.az

2Mənbələr